Qəzzanın şimalında HƏMAS və İsrail hərbçiləri arasında toqquşma olub

11:21 - 2 Noyabr 2023 - DÜNYA

Qəzza zolağının şimalında Fələstinin HƏMAS radikal hərəkatının döyüşçüləri ilə İsrail ordusunun əsgərləri arasında şiddətli toqquşmalar gedir.

Ucnoqta.az xəbər verir ki, bu barədə məlumatı "Əl-Cəzirə" mənbələrə istinadən yayıb.

HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadaları öz Teleqram kanalında bildiriblər ki, onun döyüşçüləri Qəzza zolağının şərqindəki Cuhr əl-Dik bölgəsində bir neçə əsgərin əhatəsində olan İsrail tankına hücum edib. Cümə axşamı qrup Qəzza zolağının şimal-qərbində bir tank, bir buldozer və İsrail ordusunun iki zirehli maşınına hücum etdiyini bildirib.

Xəbər xətti