Hindistan Hərbi Dəniz Qüvvələri esminesdən "BrahMos" səsdən sürətli qanadlı raketini uğurla sınaqdan keçirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Hindistan Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bu, son üç həftədə "BrahMos" raketinin üçüncü sınağıdır. Oktyabrın 18-də onun havadan buraxılan versiyası Hindistan Hərbi Hava Qüvvələrinin Su-30MKI təyyarəsindən buraxılıb və hədəfi də uğurla məhv edib.
Oktyabrın 11-də Hərbi Hava Qüvvələri və Ordu birgə dörd uzun mənzilli səsdən sürətli qanadlı "BrahMos" raketini sınaqdan keçirib.