Qvatemalanın Sakit okean sahillərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Respublika Milli Seysmologiya, Vulkanologiya, Meteorologiya və Hidrologiya İnstitutundan məlumat verilib.
Məlumata görə, yeraltı təkanların mənbəyi 17 km dərinlikdə yerləşib.
Tələfat, dağıntılar və sunamilər barədə məlumat verilməyib.