ABŞ dövlət katibi Antoni Blinken noyabrın 2-10-da İsrail, İordaniya, Yaponiya, Koreya Respublikası və Hindistana səfər edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə günü Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Bildirilri ki, Blinken Təl-Əvivdə ABŞ-ın İsrailin terrorizmə qarşı özünümüdafiə hüququna dəstəyini bəyan etmək, o cümlədən Vaşinqtonun Amerika vətəndaşlarının təhlükəsizliyini təmin etmək, girovları azad etmək və onlara humanitar yardımın həcmini artırmaq səylərini müzakirə etmək niyyətindədir.
İordaniyada ABŞ dövlət katibi Qəzza zolağında humanitar vəziyyəti, eləcə də Yaxın Şərqdə sülh yolu ilə nizamlanma perspektivlərini müzakirə etməyi planlaşdırır.
Blinken Tokioda G7 ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirak edəcək, həmçinin Yaponiyanın baş naziri Fumio Kişida və ölkənin xarici işlər naziri Yoko Kamikava ilə ikitərəfli görüşlər keçirəcək.
Seulda ABŞ dövlət katibi Koreya Respublikasının Prezidenti Yoon Sook Yeol və xarici işlər naziri Park Çinlə görüşəcək.
Bundan sonra Blinken Nyu-Dehliyə gedəcək və burada ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə birlikdə hindistanlı həmkarları ilə “2+2” formatında Hind-Sakit Okean regionundakı vəziyyəti müzakirə edəcəklər.///tass