31 Avstriya vətəndaşı Qəzza zolağından təxliyə edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avstriyanın “Standard” qəzeti respublikanın Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Avstriya Xarici İşlər Nazirliyinin məlumatına görə, söhbət ilk növbədə ikili vətəndaşlığı olan şəxslərdən gedir. Təxliyə edilənlərdən heç biri xəsarət almayıb.