Qazaxıstan hərbçiləri Qolan təpələrinə sülhməramlı missiya ilə gedə bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qazaxıstanın müdafiə naziri Ruslan Jaksylykov Astanada jurnalistlərə bildirib.
"Bizim artıq razılaşmalarımız var və Qazaxıstan Silahlı Qüvvələrinin və dövlətimizin həyata keçirdiyi siyasətin ehtiramına görə, bizim səriştəmiz var və biz Qolan təpələrində sülhməramlı missiyanın həyata keçirilməsi məsələsi üzərində işləyirik", - Jaksılykov bildirib.