Şimali Koreya Rusiyaya bir milyon artilleriya mərmisi verib

17:12 - 1 Noyabr 2023 - DÜNYA

Şimali Koreya Ukraynaya qarşı müharibə üçün Rusiyaya bir milyon artilleriya mərmisi verib

Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg yazıb.

Nəşr Cənubi Koreyalı deputata istinadən bildirir ki, təxminən iki aya kifayət qədər sursat olacaq və bununla yanaşı, ölkə Rusiya Federasiyasına onların istifadəsi ilə bağlı məsləhətçilər də göndərib.

Pxenyan Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsində istifadə etdiyi Sovet dövründən qalma silahlarla uyğunlaşan dünyanın ən böyük artilleriya mərmiləri və raket ehtiyatlarından birinə malikdir.

Xəbər xətti