Şimali Koreya Ukraynaya qarşı müharibə üçün Rusiyaya bir milyon artilleriya mərmisi verib
Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg yazıb.
Nəşr Cənubi Koreyalı deputata istinadən bildirir ki, təxminən iki aya kifayət qədər sursat olacaq və bununla yanaşı, ölkə Rusiya Federasiyasına onların istifadəsi ilə bağlı məsləhətçilər də göndərib.
Pxenyan Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsində istifadə etdiyi Sovet dövründən qalma silahlarla uyğunlaşan dünyanın ən böyük artilleriya mərmiləri və raket ehtiyatlarından birinə malikdir.