Fələstinin Qəzza zolağında İsrail qüvvələrinin atəşə tutması və bombalaması nəticəsində ölənlərin sayı 8,7 mini keçib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
"İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı hazırda 8796 nəfərdir", - Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir.
Bundan əlavə, Səhiyyə Nazirliyinə İsrailin hava reydləri nəticəsində dağılmış binaların dağıntıları altında itkin düşdüyü barədə 2030 məlumat daxil olub.