Aİ-nin Ermənistandakı missiyası Yexeqnadzorda müşahidə bürosu açıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Azatutyun Radiosu məlumat yayıb. Bildirilir ki, hazırda patrulların sayı 1000-ə çatıb, 100 müşahidəçi var.
“Düşünürəm ki, hamı bu regionun sülh və sabitliyə layiq olduğu ilə razılaşır. Ümid edirəm ki, biz birlikdə bu məqsədə nail olacağıq”, - deyə EUMA missiyasının rəhbəri Markos Ritter bildirib.
Ritter Ermənistan-Azərbaycan sərhədində hər şeyin sakit olduğunu, heç bir gərginlik olmadığını bildirib.