İsrail ordusu Qəzza zolağında quru əməliyyatlarını əhəmiyyətli dərəcədə genişləndirməyə davam edir, gecə anklavın şimalında genişmiqyaslı döyüşlər gedib.
Ucnoqta.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari deyib.
Xaqarinin sözlərinə görə, döyüşlərdən biri Cəbəliyyə bölgəsində çoxmərtəbəli binanın ətrafında baş verib və oradan terrorçular hərbçilərə atəş açıblar.
Haqari oktyabrın 31-də Cəbəliyyə mərkəzi batalyonunun komandiri İbrahim Biarinin Qəzza zolağında öldürüldüyünü təsdiqləyib.