Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Fransa prezidenti Emmanuel Makronun Qazaxıstana səfəri və burada həmkarı Kasım-Jomart Tokayevlə görüşünə münasibət bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib.
“Qazaxıstan suveren dövlətdir və bütün ölkələrlə münasibətləri öz mülahizəsinə uyğun inkişaf etdirir. Bizi tarixi münasibətlər, strateji tərəfdaşlıq birləşdirir, maraqlarımızı birləşdirir”, - Peskov bildirib.
O, qeyd edib ki, Rusiya və Qazaxıstan öz münasibətlərini inkişaf etdirirlər və buna dəyər verirlər.