Ukrayna vətəndaşlarını Qəzzadan təxliyəyə hazırlaşır

13:05 - 1 Noyabr 2023 - DÜNYA

Ukrayna səfirlikləri vətəndaşların Qəzza zolağından təxliyəsi üçün hazırlıqlara başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin spikeri Oleq Nikolenko məlumat verib.

Onun sözlərinə görə, 358 nəfər yola düşməsini gözləyir. Bunlar əsasən qadınlar və uşaqlardır. Onların Misirə təxliyyəsi üçün icazə gözlənilir.

Xəbər xətti