Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası bildirib ki, Çin "Tianhui-5" Yerin məsafədən zondlanması peykini uğurla orbitə çıxarıb.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, cihaz Çinin şimalındakı Taiyuan kosmodromundan CZ-6 raketindən istifadə edilməklə buraxılıb. Bu, Long March seriyasının daşıyıcıları üçün 494-cü olub.
"Tianhui-5" əsasən coğrafi hesablamalarla bağlı layihələrdə, torpaq ehtiyatlarının öyrənilməsində və elmi təcrübələrin aparılmasında istifadə olunur.