Çin "Tianhui-5" peykini orbitə çıxarıb

12:40 - 1 Noyabr 2023 - DÜNYA

Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası bildirib ki, Çin "Tianhui-5" Yerin məsafədən zondlanması peykini uğurla orbitə çıxarıb.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, cihaz Çinin şimalındakı Taiyuan kosmodromundan CZ-6 raketindən istifadə edilməklə buraxılıb. Bu, Long March seriyasının daşıyıcıları üçün 494-cü olub.

"Tianhui-5" əsasən coğrafi hesablamalarla bağlı layihələrdə, torpaq ehtiyatlarının öyrənilməsində və elmi təcrübələrin aparılmasında istifadə olunur.

Xəbər xətti