ABŞ dövlət katibi noyabrın 8-9-da Cənubi Koreyaya səfər edəcək

12:28 - 1 Noyabr 2023 - DÜNYA

ABŞ dövlət katibi Antoni Blinken noyabrın 8-9-da Cənubi Koreyaya səfər edəcək və cənubi koreyalı həmkarı Park Çinlə danışıqlar aparacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Blinkenin səfəri iki il yarım ərzində ilk dəfə baş tutacaq və ikitərəfli münasibətləri gücləndirmək imkanı verəcək. Bu, dövlət katibinin 2022-ci ilin mayında hakimiyyətə gələn Yoon Seok Yeol administrasiyası dövründə Cənubi Koreyaya ilk səfəri olacaq. Blinken əvvəlki dəfə 2021-ci ilin martında Seulda olub.

Xəbər xətti