Qərbi Afrikada İslam Dövləti qrupunun terrorçularının Nigeriyanın şimal-şərqindəki Kayaya kəndinə hücumu 17 nəfərin ölümünə səbəb olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
Yerli milislərin nümayəndəsinin sözlərinə görə, terrorçular 17 nəfəri güllələyib, daha 5 nəfəri yaralayıb. Hücum kəndlilərin nəzarət etdikləri ərazidə mal-qara otardıqları üçün yaraqlılara xərac verməkdən imtina etməsi səbəbindən baş verib.
Qərbi Afrikada İslam Dövləti qruplaşması 2015-ci ilin yazında Boko Haram terror təşkilatının parçalanması zamanı yaranıb.