ABŞ prezidenti Co Bayden noyabrın 2-də Ağ Evdə Çili prezidenti Qabriel Boriçi qəbul edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.
Prezidentlər iqtisadi əməkdaşlığın inkişafı, iqlim dəyişikliyi ilə mübarizə və qeyri-qanuni miqrasiya probleminin həlli də daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər.