Çinin 43 təyyarəsi Tayvan yaxınlığında uçub

07:32 - 1 Noyabr 2023 - DÜNYA

Tayvan silahlı qüvvələri bir gündə Çin Ordusunun 43 təyyarəsi və 7 gəmisinin adaya yaxınlaşdığını qeydə alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə adanın müdafiə departamentinin saytında yerləşdirilən məlumatda deyilir.

Qeyd edilir ki, 37 təyyarə Tayvan boğazının median xəttini keçərək adanın cənub-şərq və cənub-qərbindəki hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub. Onların arasında altı Su-30 qırıcısı, 16 J-16, 4 J-10, dörd H-6K strateji bombardmançı, iki KJ-500 erkən xəbərdarlıq təyyarəsi, bir Y-9 təyyarəsi, bir Y-8 elektron kəşfiyyat təyyarəsi, WZ- dron 7, həmçinin iki Y-20 tanker təyyarəsi olub.

Xəbər xətti