Şimali Koreya İspaniyadakı səfirliyini bağlayıb

06:33 - 1 Noyabr 2023 - DÜNYA

KXDR hakimiyyəti Madriddəki səfirliyini bağlamaq qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi İspaniya Xalqları Kommunist Partiyasının saytında dərc edilmiş şifahi notaya istinadən məlumat yayıb.

Sənəddə qeyd olunur ki, İtaliyadakı səfirlik bundan sonra KXDR və İspaniya arasında münasibətlərə cavabdeh olacaq. Notanı oktyabrın 26-da müvəqqəti işlər vəkili Seo Yoon Seok göndərib. Sənəddə səfirliyin bağlanmasının səbəbi açıqlanmır. ///tass

Xəbər xətti