“Əl-Nasr”ın hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Kral Kubokunun 1/8 finalında “Əl-İttifaq”a qarşı keçirilən oyunda argentinalı hücumçu Lionel Messinin adını səsləndirən azarkeşləri susdurmaq üçün jestlər edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “A Bola” məlumat yayıb.
Məlumata görə, portuqallar topu çölə atmaq üçün götürəndə azarkeşlər səkkiz dəfə “Qızıl top”un sahibinin adını səsləndirməyə başlayıblar. Ronaldo topu komanda yoldaşına ötürərək, barmağını dodaqlarına apararaq, azarkeşləri susmağa çağırıb.
Görüş "Əl-Nəsr"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Yeganə qolu 107-ci dəqiqədə "Əl-Nəsr"in seneqallı hücumçusu Sadio Mane vurub.