Naxçıvanla sərhəddə, Arazdəyən kəndində Ermənistanın ABŞ-la birgə tikdiyi metallurgiya zavodu başqa yerə köçürüləcək
Ucnoqta.az xəbər verir ki, İqtisadiyyat naziri Vahan Kerobyanın jurnalistlərə verdiyi məlumata görə, yeni yer, lakin ilkin yerdən uzaqda yerləşəcək.
“Biz özəl investisiyalarla məşğul oluruq. Buna görə də investorlar özləri növbəti addımlarını və hərəkətlərini müəyyən edirlər. Biz coğrafi mövqeyi və regional mühiti nəzərə alaraq, onlar üçün mümkün qədər faydalı olmağa çalışırıq”, - deyə nazir bildirib.