Fici sahillərində 6,4 bal gücündə zəlzələ baş verib

16:11 - 31 Oktyabr 2023 - DÜNYA

Fici adaları sahillərində 6,4 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Suva şəhərindən 278 km şimal-şərqdə yerləşib. Mənbə 548 km dərinlikdə yerləşirdi.

Dağıntı və tələfat barədə məlumat verilməyib. 

Xəbər xətti