Yaponiya, Tokionun şimaldakı Hokkaydo adasının ərazisində ölkənin hava məkanının pozulması olduğunu iddia etdiyi ilə əlaqədar Rusiya Federasiyasına nota verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Qeyd edilir ki, yerli vaxtla saat 12:44 radələrində Nemuro yarımadasının sahillərinə yaxın sular üzərində hava məkanı Rusiya helikopteri tərəfindən pozulub.
Bununla əlaqədar olaraq, Yaponiya Özünümüdafiə Qüvvələrinin qırıcıları səmaya qaldırılıb.