Oktyabrın 7-də HƏMAS silahlılarının hücum u başlayandan bəri İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilindəki reydlərdə terror fəaliyyətində iştirakda şübhəli bilinərək axtarışda olan 1100-dən çox fələstinlini, o cümlədən Qəzza zolağında HƏMAS-ın 710 fəalını saxlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, oktyabrın 31-nə keçən gecə təhlükəsizlik qüvvələri terrorizmlə mübarizə və silahların müsadirə edilməsi üçün Yəhudeya və Samariyanın bir çox məntəqələrində əməliyyat keçirib. Bu zaman terrorçuluq fəaliyyətlərində iştirakda şübhəli bilinən 38 axtarışda olan şəxsi saxlayıb, onlardan 8-i HƏMAS silahlılarıdır.