Səudiyyə Ərəbistanı İranın dəstəklədiyi husilərlə toqquşmadan sonra ordusunu yüksək hazırlıq vəziyyətinə gətirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg yazıb. Məlumata görə, Yəmənlə sərhəddə Ənsar Allah qiyamçıları ilə toqquşmalar nəticəsində 4 Səudiyyə əsgəri həlak olub.
Toqquşmalar husilərin oktyabrın 19-da İsrailə qanadlı raketlərlə hücumundan sonra baş verib. Bu raketlərdən biri Səudiyyə Ərəbistanına düşüb.