İsrail ordusu HƏMAS komandirlərindən birinə zərbə endirib

10:55 - 31 Oktyabr 2023 - DÜNYA

Oktyabrın 30-da İsrail Müdafiə Qüvvələrinin qırıcıları Qəzza zolağında HƏMAS-ın şimaldakı briqadasının "Beyt Lahiya" batalyonunun komandiri Nəsim Əbu Acinaya zərbələr endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, o, oktyabrın 7-də İsrailin anklavla həmsərhəd olan Erez və Netiv HaAsara yaşayış məntəqələrində törədilən qırğına rəhbərlik edib.

Xəbər xətti