İki pilotsuz uçuş aparatı İraqın qərbindəki Ənbar əyalətində Amerikanın Ayn əl-Əsəd hərbi bazasına hücum edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” Ərəb Respublikasının təhlükəsizlik qüvvələri və hökumətindəki iki mənbəyə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, hücum nəticəsində tələfat və maddi ziyan olmayıb. Digər təfərrüatlar açıqlanmır.