Yaponiyanın Toda şəhərində xəstəxanada naməlum şəxs atəş açıb, sonra hadisə yerindən qaçıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya ictimai televiziyası məlumat yayıb.
Hadisə nəticəsində ən azı iki nəfər yaralanıb. Polis hadisə yerindədir.
İctimai televiziyanın məlumatına görə, hücumçu qonşu Varabi şəhərinə köçüb və orada poçt idarəsinin binasında barrikada qurub.
Hələlik daha ətraflı məlumat verilməyib.