Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turunda "Qarabağ" "Araz-Naxçıvan"la qarşılaşıb.
Ucnoqta.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçın 75-ci dəqiqəsində "Araz-Naxçıvan" Orxan Əliyevin penaltidən vurduğu qolla önə keçib. Oyunun 90+2-ci dəqiqəsində "Qarabağ"ın qapısından Elvis Maşike ikinci topu keçirib.
"Qarabağ" 90+7-ci dəqiqədə hesab arasındakı fərqi azaldıb. "Köhlən atlardan" Juninyo fərqlənib.
Qarşılaşma bu hesabla da başa çatıb.