ABŞ-nın İraqdakı bazası raket atəşinə tutulub

20:53 - 30 Oktyabr 2023 - DÜNYA

İraqın qərbində yerləşən Ənbar vilayətində ABŞ-ın Ayn əl-Əsəd hərbi bazasına azı 4 raket atılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Shafaq News” portalı təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, mərmilər hərbi bazanın şərqində yerləşən Tartarus ərazisindən atılıb. Portal dəyən ziyan və hücumun arxasında kimin ola biləcəyi barədə məlumat verməyib.

Xəbər xətti