FİFA İspaniya Futbol Federasiyasının sabiq prezidentini 3 il müddətinə futboldan uzaqlaşdırıb
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, FİFA İntizam Komitəsi İspaniya Kral Futbol Federasiyasının keçmiş prezidenti Luis Rubialesi üç il müddətinə futbol fəaliyyətindən kənarlaşdırıb.
Xatırladaq ki, mükafatlandırma mərasimində Rubiales İspaniyanın kapitanı Hermosoya medal taxıb və futbolçunun dodaqlarından öpüb. Bu, medianın və ispan siyasətçilərinin tənqidinə səbəb olub. Qalmaqaldan sonra Rubiales üzr istəyib və bunu pis niyyəti olmadan etdiyini bildirib.