Oktyabrın 7-dən Qəzzada ölənlərin sayı 8 mini ötüb
Ucnoqta.az xəbər verir ki, bu barədə Əl-Cəzirə anklavın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. Məlumata görə, oktyabrın 7-dən Qəzza zolağında ölənlərin sayı 8306-ya yüksəlib. Bildirilir ki, onlardan 3457-si uşaqdır.