Qəzzanın kənarında İsrail tankları görünüb - KİV

13:09 - 30 Oktyabr 2023 - DÜNYA

Qəzza şəhərinin kənarında İsrail tankları görünüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə AFP hadisə şahidlərinə istinadən məlumat yayıb.

Məlumata görə, zirehli texnika Qəzza zolağının şimal və cənub bölgələrini birləşdirən əsas yolu bağlayıb.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari bildirib ki, yəhudi dövləti Qəzza zolağında quru hərbi əməliyyatının miqyasını genişləndirir.///tass

Xəbər xətti