Sudanda yenidən döyüşlər başlayıb

12:56 - 30 Oktyabr 2023 - DÜNYA

Sudanın qərbində qoşunlarla xüsusi təyinatlılar arasında silahlı toqquşmalar yenidən başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə yerli mənbələrə istinadən “Asharq” telekanalı məlumat yayıb.

Məlumata görə, Qərbi Kordofan əyalətində döyüşlər gedir. Hadisənin nədən baş verdiyi və tərəflərə itki verib-vermədiyi barədə məlumat verilmir.

Xəbər xətti