İsrail tərəfi Qəzza zolağının dağıdılması və sakinlərinin köçürülməsini planlaşdırmır
Ucnoqta.az xəbər verir ki, İsrailin Rusiya Federasiyasındakı səfiri Aleksandr Ben Zvi “Rossiya-24” telekanalının efirində bildirib. İsrail səfiri qeyd edib ki, HƏMAS-ın hərbi strukturlarının məhv edilməsi və girovların qaytarılması planı var
"Qəzza zolağının məhv edilməsi planı yoxdur. Bunun haradan qaynaqlandığını bilmirəm, amma belə bir plan yoxdur. HƏMAS-ın hərbi strukturlarının məhv edilməsi və girovların qaytarılması planı var, hamısı budur", - diplomat Rusiya xarici işlər naziri Sergey Lavrovun Qəzza zolağının dağıdılması və 2 milyon sakinin anklavdan qovulmasının əsrlər olmasa da, onilliklər boyu fəlakət yaradacağına dair sözlərini şərh edərkən deyib.