TBMM İsveçin NATO-ya qəbulu ilə bağlı protokolun müzakirəsi cədvəlini təsdiq etməyib

11:51 - 30 Oktyabr 2023 - DÜNYA

Türkiyə parlamenti hələ də İsveçin NATO-ya daxil olması ilə bağlı protokolun müzakirəsi və səsverməsi üçün dəqiq qrafik hazırlamayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a protokolun qiymətləndirilməsində iştirak edən qanunverici orqandakı mənbə bildirib.

"Prezidentin imzaladığı protokol baxılmaq üçün aidiyyəti komissiyalara təqdim olunub. Sənəd daxil olub, əlimizdə var. Amma hələ ki, baxılmasını gözləyir. Nə vaxt müzakirəyə çıxarılacağı ilə bağlı hələlik heç bir qrafik və tarix yoxdur”, - agentliyin həmsöhbəti bildirib.

O, protokolun qiymətləndirmə və təsdiq üçün iki komissiyaya - milli müdafiə və beynəlxalq məsələlər üzrə komissiyaya təqdim edildiyinə aydınlıq gətirib. Əsas işi beynəlxalq məsələlər üzrə komissiya həyata keçirəcək. Parlamentin gündəliyində yaxın vaxtlarda büdcə hazırlığına diqqət yetiriləcəyi gözlənilir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu oktyabrın 23-də imzalayaraq parlamentə təqdim edib. Türkiyə hakimiyyəti daha əvvəl parlamentin payız sessiyasının başlaması ilə İsveçin müraciətinə oktyabrda baxılmasının mümkünlüyünü açıqlamışdı.

Protokol indiyədək alyansın 31 ölkəsi tərəfindən ratifikasiya edilib, ancaq Türkiyə və Macarıstan onu təsdiq etməyib.

Xəbər xətti