Rusiyanın Şeremetyevo hava limanı yaxınlığında güclü yanğın baş verib
Ucnoqta.az xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlar var.
Məlumata görə, Ximkidə Beynəlxalq Magistral Yolda yanacaqdoldurma məntəqəsində yanğın baş verib, yanğın yaxınlıqdakı avtomobillərə keçib.
Şahidlər əvvəlcə iki partlayış səsi eşitdiklərini, sonra isə alov gördüyünü bildiriblər.Təcili yardım xidmətləri hadisə yerindədir.