Mahaçqala hava limanında onlarla reys təxirə salınıb

11:29 - 30 Oktyabr 2023 - DÜNYA

Bazar ertəsi Mahaçqala hava limanında bir gün əvvəl baş verən iğtişaşlar səbəbindən hava limanı bağlandıqdan sonra onlarla reys təxirə salınıb.

Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o cümlədən, Mahaçqalanı Moskva, Nijni Novqorod, Soçi, Surqut, Sankt-Peterburq, Perm və İstanbulla birləşdirən reyslər ləğv edilib.

Pobeda, Azimut, İkar, Red Wings, Smartavia aviaşirkətlərinin reysləri ləğv edilib.

Həmçinin, hava limanının saytında Yekaterinburqa uçan reys də gecikib.

Xəbər xətti