Qəzzaya 60 yük maşını humanitar yardım göndərilib

11:17 - 30 Oktyabr 2023 - DÜNYA

Qəzza zolağının əhalisi üçün humanitar yardım aparan 60 yük maşınından ibarət karvan Misirlə sərhəddə yerləşən Rəfah keçid məntəqəsindən keçərək anklav ərazisinə gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Əl-Qahera əl-Ekhbariya” telekanalı məlumat yayıb.

Məlumata görə, nəzarət-buraxılış məntəqəsi ərəfəsində Fələstin Qızıl Aypara Cəmiyyətinin sifarişi ilə hazırlanmış külli miqdarda dərman və tibbi ləvazimatlarla birlikdə ümumilikdə 47 avtomobil keçid məntəqəsindən keçib.

Humanitar yardıma əsasən dərman və tibbi ləvazimatlar, həmçinin qida, su, çadırlar, şəxsi gigiyena vasitələridir. 

Xəbər xətti