Rusiya Ordusunun Ukraynada itkiləri açıqlanıb
Ucnoqta.az Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbukdakı açıqlamasına istinadən xəbər verir ki, Rusiya ordusunun daha 860 hərbçisi həlak olub. Bununla da 24 fevral 2022-ci il tarixindən 20 oktyabr 2023-cü il tarixədək ümumi döyüş itkiləri təxminən 299940 nəfərə çatıb.
Bundan əlavə, daha 15 tank, 17 zirehli döyüş maşınları, 14 artilleriya sistemləri, 1 təyyarə, 1 hava hücumundan müdafiə sistemi, 20 əməliyyat-taktiki PUA-lar, 23 avtomobil nəqliyyatı vasitələri məhv edilib.