Paşinyan Ermənistanla Türkiyə arasında sərhədin açılmasından danışdı

10:40 - 30 Oktyabr 2023 - DÜNYA

Ümid edirik ki, Ermənistanla Türkiyə arasında sərhədin açılmasına dair razılaşmalar yaxın vaxtlarda həyata keçiriləcək

Ucnoqta.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə 2024-cü il dövlət büdcəsi layihəsinə dair dinləmələrdə çıxış edərkən deyib.

“Ümid edirəm ki, yaxın gələcəkdə biz xüsusi nümayəndələrin danışıqları nəticəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsinə nail olacağıq ki, bu da aşağıdakılara aiddir: Ermənistan və Türkiyə arasındakı sərhəd indiki mərhələdə üçüncü dövlətlərin vətəndaşları və diplomatik pasport sahibləri üçün açılacaq”, -

O qeyd edib ki, siyasi razılaşmalarla yanaşı, mühüm infrastruktur işləri də həyata keçirilib.

“Yenidən təchizat və bərpa baxımından biz Marqarada keçid məntəqəsində işləmişik və bu mənada biz artıq belə hadisələrə hazırıq və ümid edirik ki, bu razılaşmalar həyata keçiriləcək”, - baş nazir bildirib.

Xəbər xətti