Rusiyada Mi-2 helikopteri sərt eniş edib

10:10 - 30 Oktyabr 2023 - DÜNYA

Mi-2 helikopteri Yakutiyaya sərt eniş edib, iki nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, Yakutiyanın Jiqansk rayonunun Jiqansk kəndindən 325 km aralıda Mi-2 helikopterinin sərt eniş etməsi barədə məlumat daxil olub. 

Məntəqədən havaya qalxan zaman vertolyot hündürlüyünü itirməyə başlayıb və sərt eniş edib. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, iki nəfər xəsarət alıb.

Xəbər xətti