Türkiyə Xəzərin sahilində böyük elektrik stansiyası tikəcək

08:40 - 30 Oktyabr 2023 - DÜNYA

Türkmənistan Balkan vilayətinin Türkmənbaşı rayonunda Xəzər dənizinin sahilində 1574 MVt gücündə elektrik stansiyasının tikintisi planlaşdırılır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov müvafiq fərman imzalayıb.

Bildirilir ki, tikinti işləri ölkədaxili istehlakçıların elektrik enerjisi ilə etibarlı və fasiləsiz təchizatının təmin edilməsi, yerli elektrik enerjisinin ixracının həcminin artırılması və müasir texnologiyaların tətbiqi məqsədilə aparılacaq. Elektrik stansiyasını Türkiyənin “Çalik Enerji” şirkəti tikəcək. İşə 2023-cü ilin noyabrında başlanacaq və 2027-ci ilin mayında başa çatdırılması planlaşdırılır.

Ötən həftə Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında aparılan danışıqlarda türkmən elektrik enerjisinin üçüncü ölkələr vasitəsilə Türkiyəyə çatdırılması imkanları müzakirə olunub. Bununla bağlı tərəflər qeyd ediblər ki, bu elektrik stansiyası lazımi imkanlar yaradacaq.

Xəbər xətti