Hindistanda qatarların toqquşması nəticəsində ölənlərin sayı artıb

08:00 - 30 Oktyabr 2023 - DÜNYA

Hindistanın cənubunda iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb, 50-dən çox insan yaralanıb

Ucnoqta.az xəbər verir ki, bu barədə NDTV yerli hakimiyyət nümayəndələrinə istinadən məlumat yayıb.

Dörd yaralının vəziyyəti ağırdır. Ölənlərin sayı arta bilər.

Daha əvvəl 10-a yaxın ölü və 25 yaralı olduğu bildirilirdi.

Məlumata görə, sürücü svetoforun yaşıl işığını vaxtında görməyib və qatarı hərəkətə keçirməyib. Onu izləyən digər sürətli qatar ona çırpılıb. Zərbə üç vaqonun relsdən çıxmasına səbəb olub. Eyni zamanda telekanal daha əvvəl qeyd edib ki, qatar kabelin qırılması səbəbindən dayanıb.

 Qəzadan sonra Hindistanın cənubunda qatarların hərəkəti dayandırılıb - 18 reys ləğv edilib, 20-dən çoxu isə təxirə salınıb.

Xəbər xətti