Şoyqu Ukrayna Silahlı Qüvvələrinin itkilərini açıqlayıb

07:52 - 30 Oktyabr 2023 - DÜNYA

Bu yayın əvvəlindən Ukrayna Silahlı Qüvvələrinin 90 mindən çox hərbi qulluqçusu həlak olub və yaralanıb, lakin döyüş meydanında heç bir mühüm uğur əldə etməyib.

Ucnoqta.az RİA Novosti-yə istinadənxəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu bildirib.

Həmçinin, iyunun 4-dən etibarən Ukrayna Silahlı Qüvvələri altı yüzə yaxın tank və müxtəlif dərəcəli 1900-ə yaxın zirehli texnika itirib.

Müdafiə naziri bildirib ki, xüsusi əməliyyat zonasında Rusiya qoşunları yeni hava hücumundan müdafiə sistemlərinə malikdir və bu, onlara son günlər vurulan Ukrayna təyyarələrinin və helikopterlərinin sayını artırmağa imkan verib. Onun sözlərinə görə, beş gün ərzində bu komplekslər 24 təyyarəni vurub.

Xəbər xətti