Yaponiya hökuməti oktyabrın 7-də İsrailə hücumla bağlı Fələstinin HƏMAS hərəkatının rəhbərliyi üzvlərinin aktivlərini dondurmaq niyyətindədir.
Ucnoqta.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Qeyd olunur ki, söhbət HƏMAS rəhbərliyinin ən azı doqquz üzvünün əmlakından gedir. Vurğulanır ki, Yaponiya hakimiyyəti bu addımla Fələstin-İsrail münaqişəsi ilə bağlı öz mövqeyini açıq şəkildə nümayiş etdirmək niyyətindədir. Gözlənilir ki, sanksiyalar paketi çərşənbə axşamı təsdiq oluna bilər.///tass