İsrail ordusu Livanla sərhəddə zərbələr endirib

23:11 - 29 Oktyabr 2023 - DÜNYA

İsrail hərbçiləri Livanda İsraillə sərhəd yaxınlığında fəaliyyət göstərən silahlı qruplara zərbələr endirməkdə davam edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Livandan şimal sərhədi yaxınlığında tank əleyhinə raketlər buraxmağa cəhd edən terrorçu qruplar məhv edilib.

Qeyd olunur ki, oktyabrın 7-də İsrailin Qəzza zolağında hərbi əməliyyatı başlayandan və daha sonra şimal sərhədlərində eskalasiya başlayandan bəri Şimal Komandanlığının İsrail hərbçiləri Livandakı terror yuvalarına mütəmadi zərbələr endirirlər.

Xəbər xətti