Rusiya Federasiyasının İsraildəki səfiri Anatoli Viktorov oktyabrın 29-u bazar günü səhər saatlarında Fələstinin HƏMAS hərəkatının nümayəndə heyətinin Moskvaya səfəri ilə bağlı etirazını bildirmək üçün İsrail Xarici İşlər Nazirliyinə çağırılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, oktyabrın 7-də törədilən qanlı terror aktı, girov götürülməsi və 1400-dən çox israillinin məhv edilməsinə görə bilavasitə məsuliyyət daşıyan Həmas liderinin qəbulu qəbuledilməzdir.