İsrail hərbi birləşmələri Qəzza zolağında quru əməliyyatlarını genişləndirməkdə davam edir.
Ucnoqta.az xəbər verir ki, Ordu sözçüsü Daniel Hagari bu barədə brifinqdə bildirib.
"İsrail ordusunun bölmələri Qəzza zolağında quru əməliyyatlarını genişləndirib. Bölmələrə əlavə quru qoşunları da qoşulub. Biz planlaşdırılmış şəkildə hərbi əməliyyatları davam etdiririk", - o deyib.
Həcəri həmçinin bildirib ki, oktyabrın 7-dən bu yana 311 İsrail əsgəri döyüşlərdə həlak olub.